Xersonda 50-dən çox kənd tamamilə dağıdılıb – Zelenski

Xersonda 50-dən çox kənd tamamilə dağıdılıb – Zelenski

Xerson vilayətinin işğaldan azad edilmiş ərazisində 50-dən çox kənd rus işğalçıları tərəfindən demək olar ki, tamamilə dağıdılıb.

AzerTimes xəbər verir ki, bunu martın 23-də Xerson vilayətinə səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

“Mən Xerson vilayətindən qayıtdım – mənim günüm ilk növbədə bizim bu bölgəmizə həsr olunmuşdu. İşğalçı bilsin ki, biz terroru bağışlamayacağıq və unutmayacağıq. Bu gün rus ordusu yenidən Xerson vilayətini vurdu, Berislavı vurdu – yerli administrasiyaya, evlərə, muzeyə. Nədənsə, hətta Berislavdakı tarix muzey də Rusiya üçün təhlükədir”, – Zelenski qeyd edib.

Teqlər: