Xersonda 2 rus əsgər 7 mülki şəxsi güllələdi – Rusiya

Xersonda 2 rus əsgər 7 mülki şəxsi güllələdi – Rusiya

Ukraynanın Xerson vilayətində 7 mülki şəxsi öldürməkdə ittiham olunan hərbçilər Aleksandr Osipov və Aleksandr Kayqorodtsev saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, onlar qətlləri Xerson vilayətinin Pod-Kalinovka və Abrikosovoka kəndlərində həyata keçiriblər. Bildirilib ki, öldürülənlər arasında kənd rəhbəri Lyubov Timçak da olub.

Bildirilir ki, Aleksandr Kayqorodtsev əvvəllər qətl və külli miqdarda narkotik maddənin saxlanılması və hazırlanmasına görə həbs olunub.

Hərm iki şəxs əməllərini etiraf edib. Saxlanılan zaman onların üzərindən gilizlər, güllələr və qumbara halqası götürülüb.

Teqlər: