Rus ordusu artilleriya və çoxsaylı reaktiv raket sistemlərindən Xersona zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Yaroslav Yanuşeviç bildirib.
“Rus işğalçıları Xersonu yenidən atəşə tutublar. Təxminən saat 17:00 radələrində artilleriya və MLRS-dən şəhərin yaşayış məntəqəsinə zərbələr endiriblər. Nəticədə hündürmərtəbəli bina zərər görüb”, – Yanuşeviç deyib.
O qeyd edib ki, zərbələr nəticəsində 4 nəfər ölüb, 6 mülki şəxs isə yaralanıb.
Xersondan ən son görüntüləri təqdim edirik: