Ukrayna Silahlı Qüvvələrinin mövqelərindən işğalda olan Xersona qədər 30 km məsafə qalıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Ukrayna SQ-nin Posad-Pokrovdakı mövqeyindən Xersona təxminən 30 km-dır. Bu mövqedən Xersondakı evlər artıq görünür. Bu, çox yaxşıdır, çünki bütün artilleriya növləri işə başlayacaq”, – deyə o bildirib.