Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığında işğalçıların anbarlarını, texnikasını, xüsusən də hava hücumundan müdafiə sistemlərini məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyası rəhbərinin müşaviri Sergey Xlan məlumat verib.
O, həmçinin qeyd edib ki, Xerson vilayətindəki körpülər zədələnib və bu, işğalçıların maddi-texniki təminatını çətinləşdirib:
“Düşmənlər Xerson bölgəsindən geri çəkilmək niyyətində deyillər, ağır texnikanın Krıma çəkilməsi müəyyən edilib. Amma eyni zamanda ekspertlər qeyd edirlər ki, Rusiya ordusu artıq silahla bağlı çətinliklər yaşayır”.