Xerson tam müdafiə olunacaq, heç kim şəhərdən imtina etmək fikrində deyil, hərbçilər axıra kimi vuruşacaqlar.
AzerTimes xəbər verir ki, bunu Xersondakı separatçı qurumun rəhbəri Vladimir Saldo deyib.
“Heç kim Xersonu təslim eləmək niyyətində deyil. Lakin sakinlərin hərbi əməliyyatların aparılacağı şəhərdə olması arzuolunmazdır. Biz hücum gözləyirik və Ukrayna tərəfi də bunu gizlətmir. Hazırda ordunun bu hücumların qarşısını kəsmək üçün gücü və imkanları var”, – Saldo bildirib.
Qeyd edək ki, Saldo bundan öncə sakinlərin köçürüldüyünü təsdiqləmişdi.