Putin qalib gəlsə, təkcə Gürcüstana yox, Rusiyanın bütün yaxın ətrafına güzəştə getməyəcək.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Britaniyanın keçmiş baş naziri Boris Conson “Deyli Meyl”ə göndərdiyi yazıda qeyd edib.
O bildirib ki, Rusiya Ukrayna ilə kifayətlənməyəcək:
“Xəritəyə baxın, Rusiya prezidentinin dediyi dəhşətli sözləri eşidin. Onun Polşa tarixi və Dünya müharibəsinin başlanma səbəbi ilə bağlı dediklərini dinləyin. Putin aydın şəkildə deyib ki, SSRİ-nin çöküşü XX əsrin ən böyük fəlakətidir və onu bərpa etmək lazımdır. Ona təkcə Gürcüstan yox, Rusiyanın bütün yaxın ətrafı lazım olacaq”.