Ermənistan mediasında Qazaxın işğal altında olan kəndlərindən dördünün (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılmasından sonra sərhəddəki dəyişikliyə dair xəritə dərc edib.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, erməni mediası sərhədin bu istiqamətində delimitasiya prosesi başa çatdıqdan sonra xəritənin dəyişəcəyini və Ermənistan-Gürcüstan magistral yolunun bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyini yazır.
Erməni şərhçi yazır ki, “mayın 20-dən sonra Gürcüstana Azərbaycan vasitəsilə gedəcəyik”.
Qeyd edək ki, 4 kəndin qaytarılmasından sonra sərhədin Tavuş istiqamətində başlanan delimitasiyanın 20 maya qədər tamamlanması gözlənilir.