Xərçəngin əsas əlamətləri açıqlanıb

Britaniyalı onkoloq Amen Sibtein xərçəngin əsas əlamətlərini
açıqlayıb.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, həkim xəstəliyin
ən mühüm əlaməti kimi bədənin hər hansı bir yerində üç həftədən çox
keçməyən, səbəbi bilinməyən ağrını qeyd edib.

“Bədəninizin hər hansı bir yerində üç həftədən çox davam edən
səbəbsiz ağrılarınız varsa, mütəxəssisə müraciət etməlisiniz. Bu
xüsusilə sümüklərdəki ağrılara aiddir”, – Sibtein bildirib.


Həmçinin, xərçəng xəstələri daimi yorğunluq, gecələr güclü
tərləmə, bədənin müxtəlif nahiyələrində şişkinlik, qarın
nahiyəsində köp, aramsız öskürək və ağrılı udqunma hiss
edirlər.

Teqlər: