Alimlər 6 milyard qan hüceyrəsində xərçəng hüceyrələrini 2 saniyə ərzində müəyyən edən mikroçip kəşf etiblər. Bu kəşf xərçəngdə əhəmiyyətli olan erkən mərhələdə diaqnoza imkan verəcək.
Mütəxəssislər mövzu barədə ətraflı məlumat verdilər:
“Biz laboratoriyada mikroçip inkişaf etdirdik. Əvvəlcə yalnız xərçəngə tutulmuş xəstənin qanından təcrid etdiyimiz xərçəng hüceyrələrinin növünü öyrənə bilirdik. İndi sağlam insanların da qanlarına baxaraq xərçəng hüceyrələrinin olub-olmadığını müəyyən edə bilirik.
Milyardlarla qan hüceyrəsinin içində bəlkə bir dənə var. İndi bunu tapmaq mümkündür. Bu texnologiya xərçəngi diabet kimi xroniki xəstəliyə çevirəcək.
Araşdırma zamanı, biopsiya etmədən, qanda tapdığımız xərçəng hüceyrələrinin həm tipinə, həm də geninə baxıb mutasiya olub olmadığını anlayırıq.
Artıq ümimi sağlamlıq yoxlama analizlərinə xərçəng analizi də əlavə olunacaq.”