Koronavirusa qarşı peyvənd istehsal edən şirkət xərçəngə qarşı peyvənd hazırlamaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə korona peyvəndini istehsal edən “BionTech”in qurucusu Uğur Şahin məlumat verib.
Şahin bildirib ki, 2025-2029-cu illər arasında bir sıra digər terapevtik yanaşmalar üçün tədqiqat məlumatları əldə etməyi planlaşdırırıq:
“Xərçəngə qarşı ilk fərdiləşdirilmiş peyvəndlər 2030-cu ildən əvvəl təsdiq oluna bilər. Xəstədən qan və şiş nümunələri alırıq və 4 həftə sonra fərdi peyvəndi veririk”.