Xərçəng aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilən 82 yaşlı Namibiya Prezidenti Heyq Qeynqob ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Namibiya Prezident Ofisi məlumat yayıb.
Bildirilib ki, o, 4 fevral 2024-cü ildə müalicə aldığı Lady Pohamba Xəstəxanasında vəfat edib.
Qeyd olunub ki, Nazirlər Kabineti Prezidentin vəfatı ilə bağlı lazımi hökumət tədbirlərinin görülməsi üçün dərhal iclas keçirəcək.