“Xəncər”in komponentləri Avropadan alınır

“Xəncər”in komponentləri Avropadan alınır

“İsgəndər”, “Xəncər” raketlərinin istehsalçısı olan Maşınqayırma Konstruktor Bürosu korporasiyası komponentləri vasitəçi şirkətlərin köməyi ilə Avropadan alır.

AzerTimes xəbər verir ki, bu barədə “İnsayder” məlumat yayıb.

“Rostex”in tərkibinə daxil olan korporasiya ABŞ çiplərini Çindən alır. Ona bu məsələdə 2021-ci ildə Çinin “ETC Electronics Limited” şirkətinin tərkibində yaranan “ETC Elektoniks” ASC yardım edir.

Korporasiya raketlər üçün digər komponentləri Avropadan alır. Məsələn, istilik və soyuq kameraları “Ostek” ASC vasitəsilə Polşadan, torna dəzgahları “KEB RUS” vasitəsilə Almaniyadan gətirilir.

Vasitəçi şirkətlər eləcə də Litva, Latviya, Belçika və Böyük Britaniyadan məhsullar alırlar.

Teqlər: