Xəlilov uşağı xəstəxanaya aparmamaq üçün nələr edib?

Xəlilov uşağı xəstəxanaya aparmamaq üçün nələr edib?

Sumqayıtda azyaşlı Fərid Bakarovun ölümünə səbəb olan idmançı Mehman Xəlilovun videosuna sakit baxmaq mümkün deyil. Hətta onun xəstəxanaya çatdırılmasına mane olaraq taksi ilə Sumqayıtı bir neçə dəfə fırlanması ilə bağlı xəbərlər yayılıb.

AzerTimes xəbər verir ki, bu barədə Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov qeyd edib.

O, istintaqın bu məsələni gözardı etməməli olduğunu bildirib:

“Onun əməli qiymətləndirilərkən Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma, yəni həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilərəkdən köməksiz qoyma, – əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə) maddəsi əlavə edilməlidir”.

Xatırladaq ki, Sumqayıt şəhər Prokurorluğu aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov həbs olunub.

Teqlər: