Xələfov Parisdə bir sıra görüşlər keçirdi

Xələfov Parisdə bir sıra görüşlər keçirdi

Parisdə işgüzar səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa Müəssisələr Hərəkatının (MEDEF) nümayəndələri ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi Tvitter səhifəsində paylaşım edib.

“Dəyirmi masa” çərçivəsində Azərbaycan XİN rəhbərinin müavini jurnalistlər, QHT nümayəndələri və Fransanın analitik mərkəzlərinin təmsilçiləri ilə iki ölkə arasında əməkdaşlığın aktual mövzularını müzakirə edib.

Teqlər: