Azərbaycan səfirliyinin təhlükəsizliyinin təmin olunması ilə bağlı İran tərəfinə etimadımız yoxdur.
AzerTimes-ın xəbərinə görə, bunu yanvarın 29-da Heydər Əliyev Hava Limanında jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Qeyd edək ki, İrandakı diplomatlarımızı və şəhid Orxan Əsgərovu gətirən təyyarə artıq Bakıya çatıb.