Xarici işlər nazirinin müavini Xələf Xələfovun mediaya açıqlamalarından məlum olur ki, səfirliyimizə qarşı hücumun “məişət hadisəsi” yox, terror aktı olduğuna dair rəsmi Bakıda məlumatlar var, bununla bağlı İran tərəfi məlumatlandırılıb. Və Tehranın “məişət hadisəsi” iddiaları qəbul edilmir.
AzerTimes xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı qeyd edib.
“Tehranın istintaqı “məişət hadisəsi” iddiası üzərində fokuslamağa çalışacağı bəllidir, sadəcə olaraq, Bakının terror aktına dair ilkin məlumatları təqdim etməsinə rəğmən, öz iddiasını əsaslandırmaq üçün daha nələrə əl atacağı maraqlıdır”, – o qeyd edib.