2023-cü il maqnit qasırğası olacaq tarixlər açıqlanıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu tarixlər barədə “Gismeteo” portalında məlumat yerləşdirilib.
Yanvarın 3-ü zəif maqnit qasırğası gözlənilir. Sonra yanvarın 4-də günəş aktivliyi bir qədər də artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.
Maqnit qasırğaları insanlara müxtəlif formalarda təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar.
Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.
Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.