Neft və qaz gəlirləri Rusiya büdcəsini uzun müddət tam təmin edə bilməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının xəbərdarlığında qeyd olunub.
“Rusiyaya sanksiya təzyiqi və dünya əmtəə qiymətlərinin tədricən azalması fonunda, rublun mülayim zəifləməsi ilə belə neft və qaz gəlirlərinin uzun müddət baza səviyyəsindən aşağı qalması ehtimalı var”, – məlumatda qeyd olunub.
Mərkəzi Bankın analitiklərinin fikrincə, bu ssenari reallaşarsa, büdcə qaydasının indiki formada həyata keçirilməsi təhlükə altına düşəcək və Milli Sərvət Fondu həddindən artıq pul itirməyə başlayacaq.