Bizə birbaşa və kifayət qədər kobud şəkildə dedilər: alyansın genişlənməsi və Ukraynanın bu prosesdə mümkün iştirakı Rusiyanın işi deyil, siz bu məsələlərə qarışmayın.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Minsk razılaşmalarının yerinə yetirilməsi tələbləri ilə paralel olaraq biz uzun illərdir ki, Qərbin NATO-nun genişlənməsi istiqamətindəki kursunun pis bitəcəyini xatırladırıq. Birincisi, məlum olur ki, onlar Sovet İttifaqına NATO-nun genişlənməyəcəyinə söz verərkən bizə yalan danışıblar. O vaxtdan bəri ittifaq beş dəfə genişlənib. Artıq altıncı genişlənmə planlaşdırılır”, – Lavrov vurğulayıb.
Lavrov həmçinin qeyd edib ki, Ukrayna NATO-ya cəlb olunmağa başlayanda Rusiyanın ona birbaşa təhlükə kimi baxacağı barədə xəbərdarlıq edilmişdi:
“Onlar 2009-cu ildə təklif etdiyimiz Avropada təhlükəsizlik zəmanətləri haqqında müqavilə layihəsini rədd etdilər. 2021-ci ildə bizim ABŞ-a təklif etdiyimiz başqa bir layihəyə və ayrıca NATO müqaviləsinə məhəl qoymadılar”.