Xarkovun mərkəzinə raket hücumu: yaralılar var

Xarkovun mərkəzinə raket hücumu: yaralılar var

Yanvarın 16-da axşam saatlarında Xarkov şəhərinə növbəti dəfə hava hücumu edilib.

AzerTimes xəbər verir ki, Xarkova hücumu şəhərin meri İqor Terexov və Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov təsdiqləyiblər.

“Xarkov raket hücumuna məruz qalıb. Şəhərdə partlayış səsləri eşidilib”, – Terexov yazıb.

Terexovun sözlərinə görə, Xarkovun mərkəzi hədəfə alınıb. Artıq hadisə yerinə lazımi xidmətlər göndərilir.

O.Sinequbov isə bildirib ki, Rusiya iki raketlə hücuma keçib:

“Təəssüf ki, mülki yaşayış infrastrukturuna ziyan dəyib və 4 mülki şəxs yaralanıb. Təcili yardım xidmətləri işlərini davam etdirir”.

Teqlər: