Ukraynanın Xarkov şəhərinin mərkəzində Xarkov vilayət
administrasiyasının binasının yaxınlığına zərbə endirilib.
Trend bu barədə
Ukrayna KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, zərbə nəticəsində binalardan birinə böyük ziyan
dəyib. Hər hansı itkilər barədə məlumat verilməyib.
Eyni zamanda, bu gün səhər saatlarında Sumı vilayətinin Axtırka
şəhərində hərbi hissəyə endirilən zərbə nəticəsində 70 Ukrayna
hərbçisi həlak olub. Bu barədə Sumı vilayətinin rəhbəri Dmitro
Jivitski bildirib.