Xarkovdakı azərbaycanlıların sayının dəqiqləşdirilməsi aparılır – Fəxri konsul

Hal-hazırda konsulluq əməkdaşları müxtəlif kanallarla
konsulluğun xidməti dairəsində yaşayan həmvətənlərin sayının
dəqiqləşdirməsi prosesi ilə məşğuldur.

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycanın Ukraynanın Xarkov şəhərində fəxri konsulu Əfqan
Salmanovun açıqlamasında deyilir:

“Bildiyiniz kimi ötən gündən başlayaraq Ukrayna ərazilərində
hərbi-siyasi vəziyyət gərginləşib. Ölkənin bir çox istiqamətlərində
hərbi əməliyyatlar gedir. Ukraynanın Xarkov şəhəri ölkənin ikinci
şəhəri olması ilə döyüşlərin getdiyi əsas ərazilərə yaxındır. Buna
baxmayaraq Azərbaycan konsulluğu ştat rejimində fəaliyyətini davam
etdirir və həmvətənlərimizə imkanları daxilində müxtəlif
köməklikləri göstərməkdədir. Hal-hazırda konsulluq əməkdaşları
müxtəlif kanallarla konsulluğun xidməti dairəsində yaşayan
həmvətənlərin sayının dəqiqləşdirməsi prosesi ilə məşğuldur.
Operativ qaydada konsulluq Kiyev şəhərində fəaliyyət göstərən
Azərbaycan Respublikasının konsulluğu və Xarici İşlər Nazirliyi ilə
mütəmadi məsləhətləşmələr həyata keçirir.

Bir daha qeyd etmək istərdim ki, xüsusi hallar ilə bağlı
vətəndaşlarımız Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057)
7000531 telefon xətti və [email protected] elektron poçt
ünvanı ilə məlumat əldə edə bilərlər.

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat tərəfimizdən
bildiriləcək”.

Teqlər: