Xəbər - Fərid Zöhrabov – Trend:
Xarkov şəhərində baş verən atışma zamanı xəsarət alan üç
azərbaycanlı sürücünün vəziyyəti normaldır.
Bunu Trend-ə
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının
(ABADA) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Ruslan
Eldaroğlu bildirib.
Onun sözlərinə görə, TIR sürücüləri hazırda xəstəxana şəraitində
müalicələrini davam etdirirlər.
R.Eldaroğlu bildirib ki, hazırda Ukraynada olan azərbaycanlı
sürücülərin təxliyəsi davam etdirilir. Bu günə qədər Ukraynadan 7
yük nəqliyyat vasitəsi çıxarılıb:
“Hazırda həmin nəqliyyat vasitələrindən altısı Bolqarıstandadır.
Bir TIR isə ətlə yüklü olduğu üçün Rumıniya sərhədindən keçid
edəcək. Bu gün də beynəlxalq yükdaşımaları icra edən sürücülərin
təxliyəsi nəzərdə tutulub. Bununla bağlı ictimaiyyətə ətraflı
məlumat veriləcək”, – ABADA rəsmisi qeyd edib.
Twitter:@FaridZohrabov