Xarkovda qızğın döyüşlər: İzyum mühasirəyə alınır

Xarkovda qızğın döyüşlər: İzyum mühasirəyə alınır

Ukrayna ordusu Şevçenkovo şəhərini artıq tam olaraq ələ keçirərək Kupyanska yaxınlaşıblar.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya və Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, şəhər ətrafında döyüşlər gedir. Bildirilir ki, Ukrayna ordusu Oskol çayı sahilindəki Senkovo kəndini azad edib. Bu kənddə Kupyanskla İzyumu birləşdirən körpü yerləşir. Beləliklə, şimaldan İzyuma gedən bütün yollar kəsilib.

Bundan başqa, Ukrayna hərbçilərinin Qoroxovatka yaşayış məntəqəsini və Borovaya aparan körpünü də ələ keçirdiyi verilən məlumatlar arasındadır.

Rus Teleqram kanallarının məlumatına görə, hazırda yarımmühasirə vəziyyətinə düşmüş İzyumda Taman diviziyasının döyüşçüləri vuruşur.

Teqlər: