Ukraynanın Xarkov vilayətində avqustun 22-dən komendant saatının müddəti artırılıb.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Belə ki, avqustun 22-dən komendant saatı saat 19:00-dan ertəsi gün səhər saat 07:00-a kimi davam edəcək.
Sinequbov xatırladıb ki, hazırda ictimai yerlərdə olmaq, küçələrdə piyada və ya nəqliyyatla hərəkət etmək qadağandır.