Ötən gün Rusiya qoşunları Xarkov vilayətinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
“Düşmən yenidən Kupyanski rayonunun dinc əhalisinə hücum edir. Ölənlər və yaralananlar var. Dvureçnaya kəndinin atəşə tutulması nəticəsində 2 nəfər həlak olub”, – Sinequbov məlumatda vurğulayıb.