

10:42
Rusiyanın Ukraynanın Xarkov şəhərini atəşə tutması nəticəsində üç nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov məlumat yayıb.
Hadisə nəticəsində 21 nəfər yaralanıb.
***
Ruslar aviasiya bombaları ilə Xarkova yenə zərbələr endiriblər.
Bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib .
Onun sözlərinə görə, hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Sinegubov qeyd edib ki, şəhərin Şevçenkivski rayonunda dəmiryolunun, Kiyevski rayonunda isə şəxsi yaşayış binasına mərmi atılması nəticəsində ziyan dəyib.