Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.
Məlumata görə, Budı qəsəbəsinə endirilən zərbə nəticəsində azı 2 nəfər ölüb, 22 nəfər yaralanıb. Yaşayış məntəqələri yarım saat ərzində iki dəfə atəşə tutulub.