Xarkova raket zərbəsi: ölənlərin sayı artdı

Xarkova raket zərbəsi: ölənlərin sayı artdı

Rusiya ordusunun Xarkov şəhərinin Saltivka yaşayış məntəqəsinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Bu barədə Xarkov vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, hücum zamanı daha 42 nəfər yaralanıb:

“Həyatını itirənlərdən biri 13 yaşlı yeniyetmə oğlandır”.

Qeyd edək ki, avqustun 18-də Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinin Saltivka yaşayış məntəqəsini atəşə tutub.

Teqlər: