Rusiya ordusu raketlərlə Xarkov vilayətinə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarkov vilayəti hərbi idarəsinin sədri Oleq Sinequbov məlumat verib.
Raketlərdən birinin fərdi yaşayış evinə düşdüyü və nəticədə yanğın olduğu bildirilib. Ümumilikdə 3 nəfər raket zərbəsi nəticəsində yaralanıb.