Rusiyanın gün ərazində Xarkov vilayətinə hücumu nəticəsində 4 nəfər ölüb, daha 11 nəfər yaralanıb.
AzerTimes xəbər verir ki, bunu Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov deyib.
Onun sözlərinə görə, Xarkovun Kiyev və Saltovski rayonlarına KAB-lar (tənzimlənən aviabombalar) vasitəsilə hücum nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb:
“35 ev, 86 qaraj, 22 avtomobilə ziyan dəyib. Çuqevski rayonunda iki nəfər ölüb, iki nəfər yaralanıb. Dementyevka kəndi yaxınlığında da isə 1 nəfər ölüb, 3 nəfər yaralanıb”.