İyunun 5-də Xarkovda güclü partlayış səsləri eşidilib.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı şəhərin meri İqor Terekov Teleqram kanalında təsdiqləyib.
Şəhər rəhbərinin sözlərinə görə, Xarkov rusların raket hücumuna məruz qalır:
“Xarkov raket hücumuna məruz qalır. Vətəndaşlar partlayış səslərini eşidirlər”.
Xarkov vilayətinin rəhbəri Oleq Sinequbov şəhərin Slobodski və Şevçenkovski rayonlarında partlayışlar olduğunu bildirib:
“İlkin məlumatlara görə, S-300 raketləri ilə hücum edilib. Hazırda qurbanlar barədə məlumat yoxdur. Məlumatlar dəqiqləşdirilir”.