

Rus qüvvələri ötən gün axşam saatlarında Xarkova PUA-larla hücum həyata keçirib.
AzerTimes xəbər verir ki, bu barədə şəhər meri İqor Terexov məlumat yayıb.
“Son qırx dəqiqə ərzində düşmən Xarkov şəhərinə 14 zərbə endirib. Xarkov şəhərinin Kiyevski rayonunda “Şahid” PUA-sının vurulması qeydə alınıb. Eniş yerində yanğın var. İlkin məlumata görə, tələfat yoxdur. Məlumat dəqiqləşdirilir”, – o, Teleqram kanalında yazıb.
Hücum zamanı bir nəfərin yaralandığı vurğulanıb.
Daha öncə mer şəhərdə silsilə partlayışlar barədə məlumat verib.