Xarkov vilayətinin təhlükəsizlik xidmətinin başçısı vəzifəsindən azad edilib

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Təhlükəsizlik
Xidmətinin Xarkov vilayəti üzrə rəhbərini vəzifəsindən azad
edib.

Trend “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə dövlət başçısı
videomüraciətində bildirib.

“Gəldim və gördüm. Ukrayna Təhlükəsizlik Xidmətinin Xarkov
vilayəti üzrə rəhbərini vəzifəsindən azad etdim. Müharibənin ilk
günlərindən şəhəri qorumaq üçün işləmədiyinə, ancaq şəxsən özünün
maraqlarına xidmət etdiyinə görə. Hüquq-mühafizə orqanları bunu
hansl səbəbdən etdiyini araşdıracaq”, – V.Zelenski bildirib.

O, qeyd edib ki, Ukrayna bütün ərazilərini azad edəcək və bunun
üçün həm yerli, həm də dövlət səviyyəsində hər kəs
çalışmalıdır.