Xarkov şəhərində Nizami Gəncəvinin abidəsi ucaldılıb (FOTO)

Nizami ili çərçivəsində Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda Ukrayna-Azərbaycan dostluğu küçəsində Azərbaycan poeziyasının klassiki, filosof və Orta əsr Şərqinin fikir Nizami Gəncəvinin abidəsinin açılışı baş tutub.

Azərbaycanın Xarkovdakı konsulluğundan AzerTimes-a verilən məlumata görə, Nizami abidəsinin müəllifi Ukraynanın xalq rəssamı, Azərbaycanlı Katib Məmmədovdur. Abidənin və onun yerləşdiyi parkın yenidən qurulması işləri Azərbaycanın Xarkov şəhərində fəxri konsulu Əfqan Salmanov tərəfindən həyata keçirilib.

Abidənin açılış mərasimində Nizami Mərkəzinin direktoru, Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı Rüfət Quliyev və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iştirak edib.

Abidənin yerləşdiyi park Dəmiryolu Universteti və Aqrar Universtetin arasında yerləşir. Buda təhsil alan gənclərin Nizami ilə yaxından tanış olmalarına imkan verəcək. Azərbaycan Respublikasının fəxri konsulu Əfqan Salmanov qeyd edib ki, bura intelektual güc mərkəzi olacaq, tələbələr düşünə, fikirlərini toplaya və daha ciddi işlər üzərinə köklənə biləcəklər.

Tədbir Azərbaycanın fəxri konsulluğunun təşkilatçılığı ilə Xarkov Filarmoniyasının Orqan zalında Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfonik musiqi konserti keçirilib. Konsertin dirijoru Yalçın Adıgözəlov olub.

Teqlər: