Xarkov planı: Rusiya necə aldadılıb? – Şok detallar

Xarkov planı: Rusiya necə aldadılıb? – Şok detallar

Ukrayna hərbçiləri amerikalı və britaniyalı mütəxəssislərlə birgə ölkənin şimal-şərqi və cənubunda ordunun 8 min kvadratkilometr ərazinin işğaldan azad edilməsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatı üçün plan hazırlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Vladimir Zelenskinin göstərişi ilə Baş Qərargahın işləyib hazırladığı ilkin plana əsasən, Ukrayna ordusu ölkənin cənubunda irimiqyaslı hücum əməliyyatı keçirməli idi. Hədəf Xersonu azad etmək idi. Lakin ukraynalı və amerikalı hərbçilərinin apardığı hərbi oyunlar nəticəsində məlum olub ki, belə bir hücum iflasa uğrayacaq.

Pentaqonun siyasi şöbəsinin rəhbəri Kolin Kalın sözlərinə görə, bu oyunlar Ukrayna rəhbərliyinə və yüksək komandanlığa təqdim edilən daha effektiv əks-hücum variantlarını ortaya qoyub.

“Simulyasiyalar və xəritə üzərində təlimlər həyata keçirdik. Bu təlimlər göstərdi ki, bəzi əks-hücumlar digərlərindən daha uğurlu ola bilər. Biz bu məsləhəti verdik, sonra ukraynalılar bunu başa düşdülər və öz qərarlarını verdilər”, – Kal bildirib.

Kal qeyd edib ki, avqust ayı ərzində ukraynalıların tələbi ilə ABŞ rus qoşunlarının mövqeləri üzərində kəşfiyyatı gücləndirib və onların müdəfiə xəttindəki zəiflikləri qeydə alıblar:

“Kəşfiyyat məlumatları həmçinin göstərirdi ki, Moskva Ukraynanın əks-hücuma hazırlığını aşkar etsə belə, şimal-şərqdəki qoşunları tez bir zamanda gücləndirmək və ya cənubdakı qoşunları bura köçürmək çətin olacaq. Hücumun uğurunu təmin etmək üçün ABŞ Ukraynaya silah yardımını artırıb. Demək olar ki, hər həftə ABŞ-ın Kiyevə hərbi yardım göstərməsi ilə bağlı xəbərlər Ukrayna komandanlığına iki cəbhədə eyni vaxtda hücum planının mümkünlüyünə inamı artırdı”.

Qəzet bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hələ də ölkənin şərqində daha çox ərazini geri almaq imkanı olsa da, Kiyev və Ağ Ev rəsmilərinin fikrincə, cənub indi ən mühüm əməliyyat meydanıdır.

Teqlər: