Xarkov istiqamətində rusların hücumu dəf edildi

Xarkov istiqamətində rusların hücumu dəf edildi

Xarkov vilayətində Ukrayna hərbçiləri Sosnovka istiqamətində rusların hücumunu dəf edərək düşməni geri çəkilməyə məcbur edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Xarkov istiqamətində rus işğalçıları Xarkov şəhərini və onun şimal, şimal-şərq və şərqindəki yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Ruslar Petrovka kəndi yaxınlığında da havadan zərbələr endirib.

Teqlər: