Xaricilərin müntəzəm marşrutlarla azad edilmiş ərazilərə səfərinə icazə verilmir – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

İndiki mərhələdə xarici ölkə vətəndaşlarının müntəzəm marşrut xətti ilə işğaldan azad edilmiş ərazilərə səfərinə icazə verilmir.

AzerTimes-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “İşğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşurutlarının açılması” ilə bağlı brifinqdə deyib.


O bildirib ki, hazırda səfərlər yalnız Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. “Hazırda həmin ərazilərə səfər etmək istəyən Azərbaycan vətəndaşlarının sayı həddən artıq çoxdur”, – deyə o bildirib.

Teqlər: