2022-ci ilin yanvar-aprel aylarında əcnəbilər bank kartları
vasitəsilə 686,3 milyon manatlıq əməliyyat aparıblar. Bu isə ötən
ilin eyni dövrünə nisbətən 6 dəfə çoxdur.
Trend xəbər
verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin “İxrac icmalı”nda bildirilib.
Məlumata görə, bu ilin aprel ayında xarici vətəndaşların bank
kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi
136,6 milyon manat təşkil edib.