Xarici vətəndaşların bank kartları ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda xərclədiyi pulun məbləği məlum olub.

AzerTimes-ın məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.


Belə ki, 2021-ci ilin iyun ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 48.3 milyon manat təşkil edib.

Teqlər: