Aİ vətəndaşları şəxsiyyət vəsiqələri ilə İngiltərəyə daxil ola bilməyəcəklər və sərhəddə xarici pasportlarını təqdim etmələri tələb olunacaq.
Trend TASS a istinadən xəbər verir ki, qərar bu gün, oktyabrın 1-dən qüvvəyə minib.
İngiltərənin Ai-dən çıxmasından sonra bu tədbirin əsas məqsədi saxta şəxsiyyət sənədləri ilə mübarizə bildirilir. Britaniya Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən, Avropa milli şəxsiyyət vəsiqələri Britaniya sərhədində ən çox ələ keçirilən saxta sənədlərdən biridir.
Yeni qaydalar İngiltərədə yaşayan Aİ və İsveçrənin bu ilin 30 iyunundan əvvəl tam və ya qismən yaşayış statusu üçün müraciət edə bilən vətəndaşlara şamil edilmir və onlar 31 dekabr 2025-ci ilə qədər milli şəxsiyyət vəsiqələri ilə krallığa girə biləcəklər. Bu ilin avqust ayının sonuna olan məlumata əsasən, təxminən 5,4 milyon belə icazə verilmişdir.