İranda 1979-cu il inqilabının ildönümü mərasimlərinin keçirilməsi ilə eyni vaxtda xarici ölkədə yaşayan iranlılar Tehran hökuməti əleyhinə aksiyalar keçirib.
AzerTimes xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Belçika, İsveç, Avstraliya, Almaniya, Fransa, ABŞ, Kanada, Britaniya, Danimarka, Kanada və s. ölkələrdə keçirilən nümayişlərdə İran hökumətinin insan haqlarını pozmasına etiraz edilib.
Yerli hüquq müdafiəçilərinin də qoşulduğu nümayişlərdə hazırkı hakimiyyətin 1979-cu il inqilabını qəsb etdiyi və terror dövləti qurduğu bildirilib.
Onlar bununla yanaşı , ölkədə edam hökmlərinin artmasına, SEPAH-ın ölkə daxili və xaricində terror şəbəkəsini gücləndirməsinə qarşı şüarlar səsləndirib, SEPAH-ın adının terror təşkilatları siyahısına salınmasını tələb ediblər.