Xarici nazirlər Bakıya gəlir

Xarici nazirlər Bakıya gəlir

Bu gün (11 iyun) Rusiya Federasiyası və Səudiyyə Ərəbistanının energetika nazirləri Aleksandr Novak və Xalid əl-Falih Azərbaycana gələcək.  

A. Novak və F. əl-Falih bu həftə vəfat edən Azərbaycanın energetika naziri Natiq Əliyevin xatirəsini yad etmək üçün Bakıya gəlir.

Onlar sabiq nazirin məzarını ziyarət edəcəklər.

 
Qeyd edək ki, Natiq Əliyev dünən (10 iyun) İkinci Fəxri Xiyabanda dəfn edildi.