Xarici jurnalistlərin Ağdam şəhərinə səfəri başlayıb (FOTO)

Ağdam. Aslan Məmmədli – Trend:

Xarici jurnalistlərin Ağdam şəhərinə səfəri başlayıb. Səfər
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xətti ilə baş tutub.

AzerTimes-n Qarabağ
bürosunun xəbərinə görə Ağdam şəhərinə gələn nümayəndə heyəti ilk
olaraq Pənahəli Xanın “İmarət” kompleksinə baş çəkib. Jurnalistlər
ermənilərin tarixi abidələri məhv etdyini əks etdirən foto və video
görüntülər çəkib. Ağdama səfər zamanı əcnəbi jurnalistlərin
Pənahəli Xanın “İmarət” kompleksindən sonra, Ağdam Çörək muzeyinə,
Ağdam Cümə Məscidinə, Ağdam Dram Teatrının qalıqlarına baş
çəkdikdən sonra Ağdam aparılan bərpa və yenidən qurma işləri ilə
tanış olacaqlar.

Xarici KİV nümayəndələrin Ağdam şəhərinə gəlmədən öncə Füzuli və
Şuşada olub. Nümayəndə heyətinin tərkibində Səudiyyə Ərəbistanı
Krallığı İbrahim Tariq Alquays “Ər-Riyad” , Bəhreyn Mansoor Shaker
Mansoor Mohammed Ahmed Alsetri “Əl-Əyyam” , Bəhreyn Unnikrishnan
Puravangara “The Daily Tribune” News of Bahrain, Misir Ashraf
Abdulmonim Ahmed Aboarafe “Əl-Diploması”, İraq Matz Muhy Abdulhamid
Obada “Dostluq” qəzeti, Mavritaniya Cheikh Saleh “Mavritaniya
İnformasiya Agentliyi”, Mərakeş Krallığı Khalid El Harrak “Məğrib
Ərəb İnformasiya Agentliyi”. Əlavə olaraq 2 nəfər isə İslam
Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri
Assosiasiyasından iştirak edir.

Teqlər: