Xarici İşlər Nazirliyi türkdilli ölkələri təbrik edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi türkdilli ölkələri 3 oktyabr – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü – Türkdilli Ölkələrin Əməkdaşlığı Günü münasibətilə təbrik edib.

Trend xəbər verir ki, nazirlik bu barədə özünün tvitterdəki səhifəsində təbrik yayıb.

“3 Oktyabr-Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsasını qoyan Naxçıvan Sazişinin 12-ci ildönümü, Türkdilli Ölkələrin Əməkdaşlığı Günüdür. Bütün Türkdilli dövlətləri və xalqları bu münasibətlə təbrik edir və əməkdaşlığımızın hər zaman güclü olmasını diləyirik!”, – təbrikdə qeyd edilir.

Teqlər: