Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz
Rzayev 25-28 mart 2022-ci il tatixlərində Qətər Dövlətinə işgüzar
səfər edib.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Fariz
Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak
edib və təbdirdə çıxış edib. Çıxışı zamanı nazir müavini 44 günlük
Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın
konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və
işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri
barədə geniş məlumat verib.
Qətərə səfəri çərçivəsində nazir müavini Fariz Rzayev bu ölkənin
xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə
görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri
müzakirə olunub.
F.Rzayev, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha
filialini ziyarət edib, Universitetin beynəlxalq və regional
araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşüb. Görüşdə, Georgetown
Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin
inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.