Xəbər - Ceyhun Ələkbərov – Trend:
ABŞ-ın Münaqişələrin Həlli Üzrə Beynəlxalq Mərkəzinin əməkdaşları Tərtərə baş çəkiblər.
AzerTimes-ın məlumatına görə, mərkəzin idarə heyətinin üzvü Kristofer Çembers və araşdırmaçı Ostin Kleyton Tərtərdə müharibə zamanı ermənilər tərəfindən atəşə tutulmuş evlərə baxış keçiriblər.
Onlar erməni vandalizminin şahidi olublar.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə 63,6 milyon manat həcmində zərər vurulub.