Xarici diplomatların Şuşa səfəri başladı

Xarici diplomatların Şuşa səfəri başladı

Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında bildirib.

“Ümumilikdə 160 daimi və qeyri-rezident diplomatik korpusun nümayəndələri ilə təyyarə ilə Füzuliyə uçuruq, sonra isə Şuşaya gedəcəyik. Yol boyu diplomatik korpusun nümayəndələri minalardan təmizləmə əməliyyatlarını və kütləvi bərpa işlərini görəcək, xüsusi nümayəndələrin təqdimatlarını dinləyəcək”, – Azərbaycan Prezidentinin köməkçisi bildirib.

Teqlər: