Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun
nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başa çatıb.
Trend xəbər verir ki, xarici diplomatlar rayonun İstisu
qəsəbəsində olub, İstisunun müalicəvi mineral bulaqlarına baş
çəkib, həmçinin, Kəlbəcər balının dadına baxıblar.
Bundan əvvəl onlar Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun
tikintisi, “Kəlbəcər-1” su elektrik stansiyasında (SES) görülən
işlərlə də tanış olublar.
Qeyd edək ki, səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı
təmsil edən 80-dən çox diplomat, eləcə də hərbi atteşe iştirak
edib.